Gəncədə plastik cərrah pasiyentlərini ödənişsiz qəbul edəcək. Bu haqda məlumatı sentyabrın 21-i Gəncə Memorial Hospitala istinadən veririk.
Tibbi aksiya 1 oktyabr tarixində baş tutacaq. Plastik cərrah doktor Vüsal Abdullayev pasiyentləri ödənişsiz olaraq Gəncə Memorial Hospitalda qəbul edəcək.
Həkim tərəfindən aşağıda göstərilən prosedur və əməliyyatlar icra edilir:
- Liposaksiya;
- Qol gərmə;
- Bud gərmə;
- Mamoplastika;
- Popo plastikası;
- Blefaroplastika;
- Qaş qaldırma;
- Bulhorn;
- Otoplastika;
- Abdominoplastika (qarın gərmə);
- Dodaqdan süni gelin çıxarılması;
- Ginekomastiyanın ləğvi (kişilərdə süd vəzinin böyüməsi);
- Həddindən artıq böyük qulaq seyvanının formaya salınması;
- Üst dodağın normadan balaca və həcmsiz olmasının cərrahi bərpası;
- Kişilərdə süd vəzilərinin böyüklüyünün aradan qaldırılması;
- Deformasiyaya uğramış popo nahiyəsinin formaya salınması;
- Keysəriyyə əməliyyatı sonrası yaranan fartuqun ləğvi;
- İri həcmli, kiçik həcmli və sallanmış süd vəzilərinin formaya salınması;
- Görməni çətinləşdirən və estetikanı pozan göz üstü və altı artıq dəri və piy qatının ləğv edilməsi;
- Mədəkiçiltmə və digər yollarla çəki verən şəxslərdə orqanizmdə yaranan sallanmaların bərpa olunması və s.
Öncədən qeydiyyat vacibdir. Bunun üçün qeyd edilən nömrələrlə əlaqə saxlamaq olar:
- (022) 428 9797;
- (070) 628 9797;
- (070) 528 9797 (WhatsApp ).
Xəstəxana Şah İsmayıl Xətai prospekti, 550 ünvanında, “Dan Ulduzu” Şadlıq Sarayının yanında yerləşir.