25.8 C
Gence
25.8 C
Gence

Penitensiar Xidmətin rəhbərliyi vətəndaşları onlayn qəbul edib

Gəncədə vətəndaş qəbulu keçirilib. Bu haqda 17 may tarixində Ədliyyə Nazirliyinə istinadən məlumat veririk.

Qəbul Penitensiar Xidmətin rəhbərliyi tərəfindən aparılıb. Görüş videokonfrans formatında təşkil edilib. Burada vətəndaşların Penitensiar Xidmətin fəaliyyəti, məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ən Çox Oxunan