16.4 C
Gence
16.4 C
Gence

Peşə və sahə assosiasiyalarının yaradılması ilə bağlı tədbir baş tutub

Gəncədə “Peşə və sahə assosiasiyaları”nın yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib. Bu haqda 21 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İclas İH-nin təşkilatçılığı ilə YAP Gəncə şəhər təşkilatında baş tutub. Burada İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional bölməsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının, KOBİA-nın Gəncə nümayəndəliyinin və digər dövlət qurumlarının rəhbərləri, Gəncədə fəaliyyət göstərən peşə məktəbləri, sənaye müəssisələri və ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Peşə və sahə assosiasiyalarının yaradılmasının qeyri-formal məşğulluğun aradan qaldırılması, məşğulluğun təmin olunması sahəsində, eyni zamanda Gəncə şəhərinin sosial-iqtisadi cəhətdən inkişafına, əhalinin rifahının yüksəlməsinə təkan verəcəyinə inam ifadə olunub.

Ən Çox Oxunan