Gəncədə bir sıra peşə məktəblərində vakant yerlər mövcuddur. Bu haqda 21 iyul tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən məlumat veririk.
Həmin vakant yerləri aşağıda təqdim edirik:
1 nömrəli Gəncə Peşə Məktəbi:
- Dayə;
2 nömrəli Gəncə Peşə Məktəbi:
- Mehmanxana inzibatçısı;
- Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar;
3 nömrəli Gəncə Peşə Liseyi:
- Kompyuterlərin təmiri və xidməti üzrə texnik;
- Turizm təşkilatçısı;
- Geyim üzrə dizayner;
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi:
Əsas korpus:
- İsitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis;
- Quru inşaat ustası;
- Geyim üzrə dizayner;
- Əməliyyatçı-mühasib;
I korpus:
- Elektrovoz maşinisti köməkçisi;
- Dülgər;
- Bərbər-vizajist-manikürçü;
- Dəmir yolu stansiyası və keçid növbətçisi;
- Kompüter üzrə operator, dizayner;
- Elektrik qaz qaynaqçısı;
II korpus:
- Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator.
İxtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 19-27 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas (40), tədris metodikası (10) və məntiqə (10) aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Vakant yerlərə yerləşdirilmə namizədlərin elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.