Gəncədə tələbələrlə görüş baş tutub. Bu haqda 27 aprel tarixində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat veririk.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib. Burada “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin Gəncə şəhər üzrə rəhbəri Cəfər Cəfərov, “Premium hotel”in nümayəndəsi Elmar Bağırov, Gəncə Destinasiya Menecment Təşkilatının rəhbəri Zaur Bayramov, AKR MMC-nin rəhbəri Akkurt Kiyas, “De Gyuli” moda evinin rəhbəri Gülnara Qədiməliyeva, “B&A” Beauty House-un müdiri Aysel Zeynalova və 15-dək ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.
Qonaqlar tələbələrin əl işlərindən ibarət təşkil olunmuş sərgilərlə tanış olublar. Daha sonra müxtəlif ixtisaslar üzrə master-klaslar nümayiş etdirilib. Mərkəzin tədris emalatxanalarında tədris prosesi izlənilib və mövcud avadanlıq və xidmətlərlə yerində tanışlıq olub.