24.7 C
Gence
24.7 C
Gence

Peşə təhsili almaq istəyənlərin nəzərinə

Gəncədə peşə təmayüllü sinif açılır. Bu haqda 3 sentyabr tarixində 20 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

Yeni açılan sinfə şagird qəbulu aparılır. Dərslərdən əlavə, peşəyə marağı olan IX sinfi bitirmiş şagirdlər ümumi orta təhsil haqqında attestatla qeydiyyatdan keçə bilərlər.

Burada Steam, İKT, dizayn, art decor, dərzi, aşpaz və dülgər ixtisasları var. Təhsili başa vuran şagirdlər sürücülük şəhadətnaməsi və seçdiyi ixtisas üzrə sertifikat əldə edəcəklər.

Qeydiyyat üçün Heydər Əliyev prospekti, 26 ünvanında yerləşən məktəbə yaxınlaşmaq lazımdır. Son müraciət tarixi 4 sentyabrdır.

Ən Çox Oxunan