13.6 C
Gence
13.6 C
Gence

Peşə Təhsil Mərkəzinin tələbələri üçün təqaüd proqramı start götürüb

Gəncədə təqaüd proqramına start verilib. Bu haqda 29 sentyabr tarixində “AzerGold” QSC-yə istinadən məlumat veririk.

Proqram QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq icra edilir. Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında müsabiqə keçiriləcək. Onun əsasında gənclərə təqaüd təyin olunacaq.

Müsabiqədə “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Torna və frezer dəzgahlarının operatoru”, “Kimyəvi analiz laborantı”, “Çilingər-santexnik”, “Elektrik qaz qaynaqçısı”, “Dağ mədən işləri üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edəcəklər. Burada 10 nəfər qalib seçiləcək. Onlar 9 ay müddətində 200 manat təqaüd alacaqlar.

Gənclər, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanını da əldə edəcəklər.

Ən Çox Oxunan