Gəncədə tələbələr arasında bilik yarışı keçirilib. Bu haqda 25 aprel tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil mərkəzinə istinadən məlumat veririk.
Sənaye və texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil mərkəzində təşkil olunan intellektual oyun “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə” həsr edilib. Yarış üç mərhələdən ibarət olub. Burada mərkəzin tələbələri biliklərini yoxlayıblar.
Sonda qalib komandanın üzvləri Təşəkkürnamə ilə təltif ediliblər.