16.9 C
Gence
16.9 C
Gence

Peşə təhsil mərkəzində insan alveri ilə bağlı təlim baş tutub

Gəncədə təhsil müəssisəsində təlim keçirilib. Bu haqda 5 may tarixində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat veririk.

“İnsan Alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda təlim Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub. Burada mərkəzin müəllim və tələbələri iştirak ediblər.

Təlimi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə, Ombudsman aparatının əməkdaşı Səbuhi Abbasov, “TƏMAS” Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Kübra Ələkbərova aparıblar.

Ən Çox Oxunan