Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə müəllimlərin işə qəbulu başlayıb. Bu haqda 12 avqust tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.
Müsabiqə çərçivəsində 8 vakant yer təqdim olunub. Qəbul 2 mərhələdən ibarətdir – elektron müraciət və müsahibə. Vakant yerlərin siyahısı aşağıdakı kimidir:
- Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə);
- Elektronika və kommunikasiya sistemlərinin istismarı;
- Binaların tikintisi və istismarı;
- Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı;
- Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı;
- Veb-dizayn və proqram təminatı;
- Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı;
- Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi.
Müraciət etmək istəyən şəxslər qeyd olunmuş link vasitəsilə daxil olaraq formanı doldurmalıdırlar. Son müraciət tarixi 14 avqust saat 00:00-dır.