13.6 C
Gence
13.6 C
Gence

Peşə sahibləri öz ixtisaslarını təsdiq edən diplom əldə edə bilərlər

Gəncədə “Sənətin varsa, sənədin olacaq” adlı layihə baş tutub. Bu haqda Gencexeber.az-a 23 noyabr tarixində məlumat daxil olub.

Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunub. Layihə müxtəlif peşə sahiblərinə işlədiyi sahə üzrə bilik və bacarıqlarını təsdiq edən sənəd (sertifikat və ya diplom) əldə etmək üçün nəzərdə tutulub.

Belə ki, müraciət edən şəxslər ilk mərhələdə test tapşırıqları yerinə yetirirlər. 50 faizdən çox suala doğru cavab verən şəxslər ikinci mərhələyə keçid edirlər. Burada isə onlardan praktiki tapşırıqları yerinə yetirmələri tələb olunub. 50 faizdən çoxunu düzgün icra edənlərə sertifikat və ya diplom təqdim olunur.

Burada bərbər (saç ustası), plastik boru qaynaqçısı, qənnadıçı-sirniyyatçı, mobil telefonların təmiri ustası, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar (satıcı, kassir), aşpaz, avtomobil təmiri çilingəri və dərzilik ixtisasları üzrə imtahanlar vermək mümkündür.

Ən Çox Oxunan