Gəncədə gənclər üçün ekskursiya təşkil olunub. Bu haqda 4 aprel tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 2 nömrəli Gəncə Peşə Liseyinin müəllim və tələbələri Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Ekskursiya “Heydər Əliyev ili” çərçivəsində baş tutub. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tələbələrə Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və Gəncə şəhərinə tarixi səfərləri haqqında ətraflı məlumat verib.