17.5 C
Gence
17.5 C
Gence

Peşə Hazırlığı Mərkəzində yeni kurslar fəaliyyətə başlayıb

Gəncədə peşə hazırlığı üzrə kurslar təşkil olunub. Bu haqda 26 may tarixində Məşğulluq Agentliyinə istinadən məlumat veririk.

Yeni peşə kurslarına Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən start verilib. Mərkəz tərəfindən 17 peşə üzrə hazırlıq kursları təşkil edilib. Dərslər Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şəki-Zaqatala və Qarabağ Regional Məşğulluq filiallarını əhatə edir.

Burada ümumilikdə 14 qrup üzrə 169 vətəndaş təhsil alır. Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Təlimlər bitdikdən sonra imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Ən Çox Oxunan