14.7 C
Gence
14.7 C
Gence

Parkların birində yeni işıq dirəkləri qoyulub

Gəncədə abadlıq işləri aparılıb. Bu haqda Gencexeber.az-a 5 oktyabr tarixində məlumat daxil olub.

İşlərdən biri şəhərin Fikrət Əmirov adına istirahət parkında görülüb. Burada yerləşən işıq dirəkləri yeniləri ilə əvəz edilib. Bundan başqa, Mirzə Abbas Abbaszadə küçəsində yolun kənarına yeni ağaclar əkilib. Quruyan bitkilər isə ərazidən çıxarılıb.

Qeyd edək ki, sözügedən işlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.

Ən Çox Oxunan