Gəncədə parkların birində quruyan ağaclar əhali üçün problem yaradır. Bu haqda 30 yanvar tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Söhbət şəhərin Nəriman Nərimanov parkından gedir. Təhlükə saçan quruyan ağaclar sakinlərin narazılığına səbəb olur. Məsələ ilə bağlı MKTİB-nin Yaşıllaşdırma idarəsinin baş aqronomu açıqlama verib.
O bildirib ki, ağacların quruması barədə akt tərtib olunub: “Burada qurumuş iki ağacın kəsilməsi üçün razılıq olmadığından biz heç bir tədbir görə bilmirik”.