24.7 C
Gence
24.7 C
Gence

Çoxuşaqlı ailələrin sayı niyə azalır?

Gəncədə çoxuşaqlı ailələrin sayının azalması ilə bağlı fikir mübadiləsi aparılıb. Bu haqda məlumatı sentyabrın 23-ü Kəpəz televiziyasına istinadən veririk.

Gəncə küçələrində sakinlərin bununla bağlı fikirləri öyrənilib. Əksəriyyət bunu maddiyyatla əlaqələndirib.

Sosioloq Şəhriyar Quliyevin sözlərinə görə, ailələrdə məişət birliyi pozulub. Evlərimiz böyüyüb, ancaq ailələrimiz kiçilib. Elə bir vəziyyət yaranıb ki, insanın içində daim yeniliyə, həyatını yüngülləşdirməyə olan həvəs texnologiyanın inkişafına gətirib çıxarır, bu da öz növbəsində insanları qayğılardan azad edir.

Psixoloq Sona Davudova deyir ki, bacısı, qardaşı olmadan ailələrdə böyüyən uşaqlar müxtəlif problemlər deməzdik, ancaq  gələcəyə doğru müəyyən sıxıntılar yaşaya bilirlər. Bu isə valideynin yanaşmasından çox asılıdır.

İqtisadçı Məsim Abadov bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələr üçün uşaqpulları nəzərdə tutulub. Məsələn 5 uşaqlı ailədə ən sonuncunun 1 yaşı olduqda hər uşağa 30 manat pul ayrılır. Azərbaycan öz əhali sayının artması üçün, onun keyfiyyətli, sağlam nəsil böyütməsi üçün bu sosial tərəfləri uşaqlara tərəf artırmalıdır.

Qeyd edək ki, ötən ilin rəqəmlərinə görə, ölkəmizdə 5-dən çox uşağı olan ailələrin sayı 2500-ə yaxındır. Onların uşaqlarının sayı isə 10 mindən çoxdur. Belə ailələrə əlavə güzəştlər də tətbiq olunur. Müavinət hər bir uşağın 18 yaşı tamam olanadək ödənilir.

Ən Çox Oxunan