24.1 C
Gence
24.1 C
Gence

“Onlar Sevinsin” layihəsi Gəncədə

“Onlar Sevinsin” layihəsi bu il Gəncədə keçirilib. Bu haqda Gencexeber.az Azxeber.com-a istinadən məlumat verir.

Layihə Bank of Baku tərəfindən həyata keçirilir. Bu il, layihənin 5 illiyində Gəncə şəhəri və Göygöl rayonuna səfər olunub. Orada şəhid övladları və aztəminatlı ailələrin uşaqlarına, ümumilikdə 100 məktəbliyə içi əşyalarla dolu çantalar hədiyyə olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyətli şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onlara dəstək olmaqdır.

Ən Çox Oxunan