14.7 C
Gence
14.7 C
Gence

Ombudsman Gəncə terroru ilə bağlı bəyanat yayıb

Ombudsman Gəncə ilə bağlı bəyanat yayıb. Bu haqda 4 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın yaydığı bəyanat Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötməsi ilə bağlı olub.

Bildirilib ki, nəticədə 26 mülki şəxs dünyasını dəyişib, 175-i isə yaralanıb. Həmçinin şəhərin yaşayış binalarına, tarixi-mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

 

Ən Çox Oxunan