25.8 C
Gence
25.8 C
Gence

Ombudsman Gəncəli məktəbliləri təltif edib

Gəncəli məktəblilər “Təşəkkürnamə” ilə təltif olunublar. Bu haqda 18 yanvar tarixində təhsil müəssisələri məlumat paylaşıb.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman “Mən və hüquqlarım” şüarı altında müsabiqə keçirib. Burada uşaqlar rəsm əsərlərini təqdim ediblər. 17 nömrəli məktəbin 8b sinfindən Sevgi Mehraliyeva, 25 nömrəli məktəbin 9b sinif şagirdi Ləman Quliyeva, 28 nömrəli məktəbdən 7a sinif şagirdi Əli Mehdixanov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif ediliblər.

28 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto
28 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan