21.4 C
Gence
20.5 C
Ganja

“İnvestor üçün ilkin layihə hazırlanması” mövzusunda təlim keçiriləcək

Biznesə maraqlı şəxslər üçün təlim keçiriləcək. Bu haqda məlumatı sentyabrın 21-i İqtisadi Resursların Öyrənilməsi İB-yə istinadən veririk.

“İnvestor üçün ilkin layihə hazırlanması” mövzusunda ödənişsiz təlim keçiriləcək. Təlimdə biznesə maraqlı hər kəs iştirak edə bilər. Tədbir cari ilin oktyabr-noyabr aylarında təşkil ediləcək. İştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olub qeydiyyatdan keçməlidirlər:

https://forms.gle/hxsLTTT2jGyuoFDj9

Əlavə məlumat üçün (077) 767 24 67 “WhatsApp” nömrəsi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, tədbir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə yardımı edib.