Gəncədə intellektual oyun keçiriləcək. Bu haqda 13 aprel tarixində Gəncə İntellektual Klubuna istinadən məlumat veririk.
Bilik yarışı Gəncə Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq. “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilir.
İntellektual oyun 15 aprel (şənbə günü) saat 10:00-da Gənclər Evində təşkil olunacaq. Qaliblər diplomlarla, iştirak edən bütün komandalar isə sertifikatlarla təltif ediləcəklər.
Ətraflı məlumat üçün (077) 299 25 33 nömrəsi ilə əlaqə saxlamaq olar.