20.3 C
Gence
15.5 C
Ganja

“İnsan resursları üzrə mütəxəssis” vakant vəzifəsi elan edilib

“Azərbaycan Dəmir Yolları” QSC vakansiya elan edib. Bu haqda məlumat sentyabrın 2-si sosial şəbəkələrdə paylaşılıb.

Gəncə şəhəri üzrə Yük Daşımaları Departamentində Stansiyaların İdarə edilməsi xidmətində iş yeri imkanı yaradılıb. Orada “İnsan resursları üzrə mütəxəssis” vakant vəzifəsi elan edilib.

Müraciət üçün son tarix sentyabrın 7-si müəyyənləşdirilib. Bildirilib ki, namizədlər istənilən ixtisas sahibi ola bilərlər. Lakin minimum təhsil dərəcəsi bakalavr olmalıdır.

Vakansiya haqqında ətraflı məlumat və qeydiyyat vərəqəsi bu linkdə yerləşdirilib.