26.4 C
Gence
26.4 C
Gence

“İnsan alverinə son qoyaq” adlı tədbir keçirilib

Təhsil ocağında insan alveri mövzusunda tədbir keçirilib. Bu haqda məlumat sentyabrın 23-ü sosial şəbəkələrdə paylaşılıb.

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dövlət Regional Kollecdə “İnsan alverinə son qoyaq” başlığı altında yığıncaq təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Söhrab Orucov, Sərxan Ağamirov və Təmas İctimai Birliyinin sədri Südabə xanım Məmmədova, kollecin tələbə və müəllim heyəti iştirak edib.

Orada “İnsan Alverinə Qarşı Mübarizə” dövlət proqramına dair məsələlər haqqında geniş məlumat verilib. Sonda kollecin tələbə və müəllimlərinin sualları cavablandırılıb.

Ən Çox Oxunan