17.5 C
Gence
17.5 C
Gence

İnnovativ peşələrin təşviqinə dair panel müzakirəsi olacaq

Gəncədə panel müzakirəsi keçiriləcək. Bu haqda Gencexeber.az-a 22 noyabr tarixində məlumat daxil olub.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP VC Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. İnnovativ peşələrin təşviqinə dair panel müzakirəsi proqramı çərçivəsində Gəncə və qonşu rayonların gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda təqdimatlar və interaktiv debatlar təşkil olunacaq.

Məqsəd regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir. Burada tanınmış ekspertlər və simalar iştirak edəcəklər.

Tədbir 25 noyabr tarixində saat 12:00-da “Şah Abbas Karvansaray” hotelində keçiriləcək.

İştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Link: https://bit.ly/3tOzFcr 

Ən Çox Oxunan