Gəncədə panel müzakirəsi keçirilib. Bu haqda 26 noyabr tarixində “SUP.VC” şirkətinə istinadən məlumat veririk.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “SUP.VC” şirkətinin təşkilatçılığı ilə innovativ peşələrin təşviqinə dair tədbir baş tutub. Panel müzakirəsində GDU İnnovasiya texnologiyalarının transferi və marketinqi üzrə ekspert Rəşad İsgəndərov və UTECA-nın İnnovasiya üzrə eksperti Tural Rüstəmov çıxış ediblər.
Proqram çərçivəsində Gəncə və qonşu rayonların gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda müzakirələr aparılıb və interaktiv debatlar təşkil olunub.
Əsas məqsəd regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərmək olub.