18.6 C
Gence
18.6 C
Gence

Nizami yurdunda “Əzm Marafonu” təşkil olunacaq

Gəncədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçiriləcək. Bu haqda 6 aprel tarixində Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatına istinadən xəbər veririk.

Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının, Gəncə Gənclər Evinin və Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə “FunniFy” Proqramı çərçivəsində baş tutacaq. “Əzm Marafonu” adlı müsabiqə Gəncə Şəhər Heydər Əliyev Park-Kompleksində baş tutacaq. 29 aprel saat 11:00-da keçiriləcək marafon Gəncə Gənclər Evində start götürəcək, Zəfər Tağında yekunlaşacaq.

Son qeydiyyat tarixi: 26 Aprel saat 00:00-dır. Qeydiyyatdan keçmək üçün: 050-965-35-12 WhatsApp nömrəsinə yazaraq və yaxud “bio” bölməsindəki linkdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz.

İlk 10 yerin qalibi olan tələbələrimizə təşkilatçı və tərəfdaş olan qurumlardan müxtəlif növ hədiyyələr və fəxri fərmanlar təqdim olunacaq.

Ən Çox Oxunan