25.4 C
Gence
18.5 C
Ganja

Nizami yurdunda yaşayan məcburi köçkünlər üçün yeni layihə başlayır

Gəncədə ödənişsiz peşə hazırlığı üzrə kurslar təşkil olunur. Bu haqda Gencexeber.az-a 11 sentyabr tarixində məlumat daxil olub.

Layihə Gəncə və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub. Kurslar həm nəzəri, həm də praktiki hissədən ibarətdir. Layihəni müvəffəqiyyətlə başa vuran iştirakçılar həmin peşə üzrə sertifikat əldə edəcək, həm də işlə təmin olunacaqlar. Dərslərə 18-55 yaş arası qadın və kişilər qatıla bilərlər. 

Kursda aşağıdakı ixtisaslar üzrə tədris aparılacaq: 

  • Rəqəmsal Marketinq Mütəxəssisi;
  • Qrafik dizayner;
  • Proqram tərtibatçısı;
  • Kompüter operatoru;
  • Ofis meneceri;
  • Videoqraf;
  • İsitmə və soyutma sistemləri üzrə mütəxəssis;
  • Elektrik qaz qaynaqçısı;
  • Plastik qapı-pəncərə ustası;
  • Təmirçi-çilingər;
  • Dağ mədəni işləri üzrə mütəxəssis;
  • Əməliyyatçı mühasib;
  • Avtomobillərin təmiri çilingəri;
  • Çilingər-santexnik;
  • Geyim üzrə dizayner;
  • Aşpaz;
  • Mobil Cihazların Təmiri Texniki;
  • Təmizlikçi;
  • Çörəkçi / Qənnadıçı;
  • Restoran Meneceri;
  • Malyar;
  • Barista;
  • Tikişçi/dərzi;
  • Ofisiant;
  • Satıcı/ Kassir;
  • Bərbər, vizajist manikürçü.

Son müraciət tarixi 15 oktyabrdır. Ətraflı məlumat üçün (055) 950 01 37 nömrəsi ilə əlaqə saxlamaq olar.