19.1 C
Gence
19.1 C
Gence

Nizami yurdu peşəkar velosipedçilər yetişdirəcək

Gəncədə velosiped bölməsi fəaliyyət göstərir. Bu haqda 14 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Bölmə Azərbaycan Velosiped Federasiyasında reallaşan dəyişikliklərdən sonra bu ilin əvvəlindən açılıb. Şəhərdə ilkin olaraq, veloidmanın şose növünün inkişafına önəm verilir. Millinin məşqçisi bunun üçün yaxşı şəraitin olduğunu və gələcəkdə burada təlim-məşq toplanışları təşkil edilə biləcəyini deyib.

Texniki idman növü olduğu üçün artıq federasiyanın Gəncədəki bölməsi velosipedlərlə təmin olunub. 2 məşqçinin bu idman növünün sirlərini açıqladığı seksiya Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.

Ən Çox Oxunan