25.8 C
Gence
25.8 C
Gence

Nizami rayon Polis idarəsi narkomaniya ilə bağlı tədbir keçirib

Gəncədə polislər maarifləndirmə tədbiri keçiriblər. Bu haqda 14 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Nizami rayon Polis idarəsinin təşkil etdiyi tədbir şəhər 14 nömrəli tam orta məktəbdə baş tutub. Görüşün mövzusu “Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq” olub. Məktəblilərin iştirak etdiyi tədbirdə narkomaniyanın insan üçün zərəri haqda məlumat verilib.

Xatırladaq ki, daha öncə 9 dekabr tarixində keçirilmiş “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir haqda məlumat vermişdik.

Ən Çox Oxunan