19.1 C
Gence
19.1 C
Gence

Nizami kinoteatrının qarşısındakı park baxımsız haldadır

Gəncədə bu park baxımsız vəziyyətdədir. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Qara Qarayev və Həsən Əliyev küçələrindən gedir. Burada – Nizami kinoteatrının qarşısında yerləşən istirahət guşəsində fəvvarənin təmirə ehtiyacı var. Əldə etdiyimiz məlumata əsasən, fontan illərdir fəaliyyət göstərmir və yararsız haldadır.

“Binamızın qarşısında istirahət guşəsi yerləşir. Bu fəvvarə də elə oradadır. Amma illərdir çalışmır. Bina sakinləri olaraq yayda, havalar isti olanda uşaqlarımız, nəvələrimizlə düşüb istirahət etmək, sərinləmək istəyirik. Park baxımsız haldadır. Burada uşaq üçün bir ədəd sürüşkən və bir neçə skamya var. Arzu edirik ki, parkımız abadlaşdırılsın, uşaq meydançası qurulsun və fəvvarə işə salınsın ki, biz də rahatlıqla evimizin yanında istirahət edək”, – deyə qarşıdakı binaların sakinləri bildiriblər.

Ən Çox Oxunan