21.4 C
Gence
21.4 C
Gence

Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib

Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə tədbir baş tutub.

Heydər Əliyev meydanında şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib. Gəncə Dövlət Dram Teatrın aktyorları hazırladıqları “Xəmsə” adlı kompozisiyanı təqdim ediblər.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə hazırlanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov olmaqla, orada Türkiyə və Gürcüstan konsulları, mədəniyyət işçiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalamışdır.

Ən Çox Oxunan