5.8 C
Gence
5.8 C
Gence

Nizami Gəncəvinin 881 illiyinə həsr olunan tədbir baş tutub

Gəncədə poeziya günü keçirilib. Bu haqda 13 sentyabr tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

İcra Hakimiyyətinin dəstəyi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Nizami poeziya günü” baş tutub. Tədbir dahi şairin 881-ci illiyinə həsr olunub. Burada Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov,İH-in rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, şəhər ziyalıları, mədəniyyət işçiləri iştirak ediblər.

Çıxış edənlər dahi şairin həyatı və yaradıcılığı, məşhur “Xəmsə”si və Nizaminin dünyəvi şair olmasından danışıblar. Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə solistlər Şirxan Cahangirov, Azər Verdiyev Nizaminin qəzəllərinə bəstələnmiş mahnılar səsləndiriblər. Daha sonra Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Kəmalə Məmmədova, aktyor Ruslan Hüseynov Nizami Gəncəvi qəzəllərini təqdim ediblər.

 

Ən Çox Oxunan