5.8 C
Gence
5.8 C
Gence

Nizami Gəncəvinin 881 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Nizami Poeziya Günlərinə hazırlıq işləri aparılır. Bu haqda məlumatı sentyabrın 6-sı Kəpəz televiziyasına istinadən veririk.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 881 illiyi poeziya günləri ilə qeyd ediləcək. Sentyabr ayı ərzində şəhərimizdə keçiriləcək silsilə tədbirlərə hazırlıqlar gedir.

Hazırlıq çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs ansamblı məşqlərə başlayıb. Kollektiv Nizaminin sözlərinə bəstələnən mahnılar, eləcə də dahi şairin qəzəllərinə aid muğamlar üzərində işləyir.

Qeyd edək ki, Nizaminin məqbərə və muzey kompleksində də silsilə tədbirlər planlaşdırılır. Nizami Gəncəvinin 881 illiyi ilə bağlı silsilə tədbirlər sentyabrın 10-dan başlayacaq və ayın sonuna kimi davam edəcək.

 

Ən Çox Oxunan