26.4 C
Gence
26.4 C
Gence

“Nizami Gəncəvi Xəmsəsi gənclərin gözü ilə” rəsm müsabiqəsi keçiriləcək

“Nizami Gəncəvi Xəmsəsi gənclərin gözü ilə” adlı növbəti rəsm müsabiqəsi keçiriləcək.

Rəsmlərin işlənmə texnikası sərbəstdir, onların formatına məhdudiyyət qoyulmur. Bu məlumatı, müsabiqəni təşkil edən Gəncə Gənclər evi öz rəsmi Facebook səhifəsində paylaşıb.

Paylaşımda qeyd olunub ki, məqsəd gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”-sinin süjetləri əsasında Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Müsabiqədə iştirak etmək istəyənlər, 27 sentyabr tarixinədək “müsabiqə üçün” yazaraq [email protected] elektron poçt ünvanına rəsmlərini göndərməlidirlər.

Seçilən rəsmlər təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Ən Çox Oxunan