19.1 C
Gence
19.1 C
Gence

“Nizami Gəncəvi: sələflər və xələflər” parkı əsaslı şəkildə bərpa edilib

Hacıkənd qəsəbəsində yerləşən istirahət guşəsi yenidən qurulub. Bu haqda məlumatı avqustun 1-i sosial şəbəkələrdə paylaşılıb.

“Nizami Gəncəvi: sələflər və xələflər” parkı əsaslı şəkildə bərpa edilib. İşlər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılıb. Parkın ərazisində yer alan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Əbül-Üla Gəncəvi, Qivami Gəncəvi, Usta Bəndər, Şeyx Zaman, Doktəri Xətibi Gəncəvi, Əfrasiyab və Ömər Gənci ilə yanaşı, ümumlikdə 17 tarixi şəxsiyyətin abidəsi təmir-bərpa olunub.

Bundan başqa, parkın ərazisində skamyalar rənglənib, yaşıllıq sahəsinə aqrotexniki qulluq göstərilərək gül kolları əkilib.

Gəncə Şəhər İcra Hakimyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinindən foto

Ən Çox Oxunan