25.3 C
Gence
25.3 C
Gence

Nizami Gəncəvi muzeyində açıq dərs keçirilib

Gəncədə Ulu Öndərin anım günü münasibəti ilə açıq dərs keçirilib. Bu haqda 11 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Nizami Gəncəvi muzeyində təşkil olunan dərsdə 9 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Onlar muzeylə tanış olduqdan sonra, Elmi Şöbədə keçirilən dərsdə iştirak ediblər. Məktəblilərə direktor tərəfindən məruzə oxunub. O, Heydər Əliyevin Nizami irsinin öyrənilməsindəki əməyindən danışıb.

Dərsi keçən müəllim Vüsalə Əsədova şagirdlərə Ümummilli liderin həyatı və fəaliyyəti haqda məlumat verib. Sonda Nizami məqbərəsini ziyarət edən məktəblilər xatirə şəkli çəkdiriblər.

Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan