19.1 C
Gence
19.1 C
Gence

Nizami Gəncəvi Məqbərəsinin ətrafında 100 ədəd Xan çinarı əkilib

Gəncədə ağacəkmə aksiyası baş tutub. Bu haqda 28 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Aksiya İcra Hakimiyyətinin dəstəyi və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunaraq keçirilib. Tədbirdə icra başçısı Niyazi Bayramov, aparatın məsul əməkdaşları, Kəpəz Bələdiyyəsinin sədri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nizami Gəncəvi Məqbərəsinin ətrafında keçirilən ağacəkmə aksiyası zamanı 100 ədəd çinar əkilib. Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Heydər Əliyevin əziz xatirəsini yad, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Ən Çox Oxunan