25.4 C
Gence
18.5 C
Ganja

“Nizami Gəncəvi İli”nə həsr edilən sərgiyə start verilib

Bu gün “I Gəncə Kitab Sərgisi”nə start verilib. Bu haqda 26 noyabr tarixində məlumat daxil olub.

“Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan çox nəşriyyat və 10-dan çox kitab evi iştirak edir. Tədbir zamanı satılan kitablara 50%-dək endirim tətbiq olunub.

Noyabrın 28-nədək məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri və uşaqlar üçün nağıl saatları olacaq. Eləcədə rəssamların və müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramları keçiriləcək.

Qeyd edək ki, sərgi “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANIB) təşəbbüsü və təşkilatçılığı ilə, Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə təşkil olunub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az