Yaxın günlərdə Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyinin təmiri bitib. Bu haqda Gencexeber.az-ın müxbiri 14 sentyabr tarixində xəbər verib.
Muzey Atatürk 424 ünvanında yerləşir. 2019-cu ilin noyabr ayının 8-dən başlanan təmir-bərpa işləri Heydər Əliyev fondu tərəfindən maliyyələşdirilib. Tarixi obyekt təmir olunsada, ekspozisiyaya aid əşyalar və müxtəlif növ avadanlıqlar yerləşdirilməyib. Bu səbəbdən açılış 2022-ci ilin əvvəlinə planlaşdırılıb.
Əldə etdiyimiz məlumata əsasən, muzeyin açılışının təxirə salınma səbəbi işçi briqadasının Şuşaya göndərilməsi ilə əlaqədərdir.
Təmirdən öncə, muzeydə 30.000-dən çox eksponat sərgilənirdi. Muzeyin yerləşdiyi bina isə Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkləri olmuşdur.

