25.5 C
Gence
17.5 C
Ganja

Nizami bələdiyyəsinə məxsus torpaq satılır

Gəncədə torpaq sahəsi müsabiqəyə çıxarılır. Bu haqda 27 avqust tarixində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən məlumat veririk.

Müsabiqə 29 sentyabr tarixində 15:00-da baş tutacaq. Gəncə şəhəri Nizami Bələdiyyəsinə məxsus 648 kvadrat metrlik torpaq sahəsi satılır. Müsabiqəyə çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə 29 sentyabr tarixinədək ƏMDX-nin Gəncə ərazi şöbəsində (H.Əliyev meydanı) tanış olmaq olar.

Əlavə məlumatı linkə daxil olaraq və ya (022) 256 87 57 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.