26.4 C
Gence
26.4 C
Gence

Nizami Bələdiyyəsi ağacəkmə aksiyası təşkil edib

Gəncədə növbəti aksiya keçirilib. Bu haqda 5 may tarixində Nizami Bələdiyyəsinə istinadən məlumat veririk.

Ulu öndərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası İcra Hakimiyyətinin dəstəyi, Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub. Burada şəhərin yerli iqlim şəraitinə uyğun olan sərv ağacları əkilib. Həmçinin əkilmiş ağaclara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə etməklə lazımi tədbirlər görülüb.

Aksiyada millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və əməkdaşları, Heydər Əliyev Park Kompleksinin direktoru İlyas Məmmədov, bələdiyyənin üzv və qulluqçuları, gənclər və bələdiyyə könüllüləri iştirak ediblər.

Ən Çox Oxunan