16.9 C
Gence
16.9 C
Gence

Niyazi Bayramov yeni tikilən İdman Sarayına baş çəkib

Gəncədə icra başçısı İdman Sarayında aparılan işlərlə tanış olub. Bu haqda 25 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Şəhər ərazisində yeni İdman Sarayı tikilir. İcra başçısı Niyazi Bayramov saraya baş çəkib. Ona məlumat verilib ki, otel bölməsində yekun tərtibat işləri həyata keçirilir. Havalandırma, soyutma, yanğından mühafizə və zəif axın bölmələrinin kommunikasiyaları yekunlaşır,  atıcılıq zalının tavanında metal-konstruksiya üzərində yeni dəmir-beton döşəmə tikilir.

İcra başçısı aparılan işlərlə yerində tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Ən Çox Oxunan