Gəncədə şəhər rəhbərliyi Uşaq Evinin sakinləri ilə birgə sirk izləyib. Bu haqda 8 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Gəncə İdman Olimpiya Kompleksində Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovun təqdimatında “DZİVA” sirk şousu növbəti dəfə tamaşaçıların qarşısına çıxıb. Burada Niyazi Bayramov Uşaq Evinin kiçik sakinləri ilə bərabər sözügedən şounu izləyib.
Proqramda müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış ediblər. Şounu jonqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvorov və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrilovun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edib.
Qeyd edək ki, sirk şousu 9 may tarixinədək davam edəcək.