Gəncədə səyyar vətəndaş qəbulu baş tutub. Bu haqda 5 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov 31 nömrəli tam orta məktəbdə sakinləri qəbul edib. Onunla birgə görüşdə millət vəkili Müşfiq Cəfərov, icra başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.
Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Onların arasında işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və s. məsələlər üstünlük təşkil edib.
Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata götürülüb.