9.7 C
Gence
5.5 C
Ganja

Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib

İcra başçısı növbəti dəfə səyyar görüş keçirib. Bu haqda məlumatı avqustun 17-si Apa-ya istinadən veririk.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Texnologiya Universitetində sakinlərlə görüşüb. Açıq hava şəraitində keçirilən görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.

Problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələ yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində keçirilir.

Ən Çox Oxunan