Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 3 nömrəli tam orta məktəbdə növbəti dəfə sakinlərlə görüşüb. Bu haqda 18 may tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi, fərdi yaşayış evinin təmiri, torpaq sahəsi ilə təminat, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.