Gəncədə icra başçısı sakinlərlə görüşüb. Bu haqda 19 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tək-tək çıxış edərək öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu yerindəcə öz həllini tapıb.