13.6 C
Gence
13.6 C
Gence

Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib

Gəncədə sakinlərlə görüş keçirilib. Bu haqda 16 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib. Tədbirdə Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Səsləndirilən problemlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və s. məsələlər üstünlük təşkil edib.

Problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

 

Ən Çox Oxunan