16.4 C
Gence
16.4 C
Gence

Niyazi Bayramov Fərid Qulamovla görüşüb

Gəncədə icra başçısı şəhərimizi respublika ifa müsabiqəsində təmsil edəcək yeniyetmə ilə görüşüb. Bu haqda 25 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Niyazi Bayramov GDU-nun nəzdində Regional Kollecinin I kurs tələbəsi Fərid Qulamovu qəbul edib. Yeniyetmə Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində Gəncəni təmsil edəcək. İcra başçısı tələbə ilə söhbət edib. Onun təhsili ilə maraqlanaraq, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Fərid Qulamov Heydər Əliyevin 2018-ci ildə 95 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən” Respublika ifa müsabiqəsində ikinci yerə layiq görülmüşdür.

Ən Çox Oxunan