Gəncədə şəhər rəhbəri universitetlərdən birini ziyarət edib. Bu haqda 1 noyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Niyazi Bayramov və İcra Hakimiyyətinin məsul əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin imkanları ilə yaxından tanış olublar. Onlar Universitetin Bağçılıq kafedrasının nəzdində fəaliyyət göstərən meyvə bağına baxış keçiriblər. Burada müxtəlif meyvə ağacları və tərəvəz bitkiləri tələbələrin bağçılıq sahəsində bütün prosesləri yaxından təcrübə etmələri üçün əkilib.
İcra hakimiyyətinin nümayəndələri universitetin qapalı və açıq balıq yetişdirmə laboratoriyalarına baş çəkiblər. Burada tələbələr balıq kürüsünün alınması, mayalandırılmasından başlayaraq bütün texnoloji proseslərdə iştirak edir, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına yiyələnirlər.